Ru
11:14 / 21 İyun 2025

Daha bir icra başçısı həbs ediləcək – Hədəfdə kimdir?

Daha bir icra başçısı həbs ediləcək –  Hədəfdə kimdir?
Eye

Xəbər verdiyimiz kimi, ötən gün Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Dövlət Təhlükəsizliyi tərəfindən saxlanılıb. Onun barəsində rəsmi məlumat hələlik açıqlanmayıb. Bununla belə, Musa Şəkiliyevlə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri üzrə araşdırmaların getdiyi bildirilir.

Bakupost.az -ın əldə etdiyi məlumata əsasən, rüşvət, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı həbslər davam edəcək. Xüsusilə uzun müddət vəzifədə qalan, postundan şəxsi maraqları üçün istifadə edən, dövlət vəsaitlərini mənimsəyən, korrupsiya əməlləri ilə seçilən icra başçılarının hədəfdə olduğu bildirilir. Növbəti günlərdə daha bir rayon rəhbərinin saxlanılacağı gözlənilir.

Qeyd edək ki, son illər ərzində korrupsiya faktları ilə əlaqədar bir sıra icra başçıları həbs edilib.

2020-ci ildə Neftçala rayonunun sabiq icra başçısı İsmayıl Vəliyev, Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov, Biləsuvarın sabiq rəhbəri Mahir Quliyev, Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev, İmişli rayonunun keçmiş icra başçısı Vilyam Havıyev, Kürdəmir rayonunun sabiq icra başçısı Ceyhun Cəfərov, Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov və digərləri həbs olunublar.

Dövlət başçısı tərəfindən dəfələrlə vurğulanan islahat və şəffaflıq çağırışları fonunda bu proseslərin davamlı olacağı gözlənilir. Verilən tapşırıqları yerinə yetirməyən, ölkə rəhbərliyi tərəfindən edilən xəbərdarlıqlardan nəticə çıxarmayan, hələ də rüşvət, korrupsiya və digər cinayətlərə yol verən rayon rəhbərləri yuxarıda adları çəkilən sələfləri kimi məsuliyyətə cəlb olunacaqlar.

Aysel,
BakuPost

Şərhlər
  • Cəmşid Dərələyəzli

    Təccüblü gəlmədi. Təbii ki, Azərbaycandakı mövcud urallara görə, başçı hansısa iri məmurun qohumu olmalıdır. Bu Azərbaycanda Aksiomadır. Qabiliyyət, savad, kimsəsizlik önemli deyil. Kalça olsun amma Əhmədzadələrin qohumu olsun. İkincisi və ən önəmlisi. yüksək postlardakı məmurlar beş ildən bir dəyişməli, yerlərinə yeni kadrlar atanmalıdır. Bizdə isə 15-25 il arasında kadrlar kök salırlar, varlanırlar, bax beləcə şişirlər, harınlayırlar sonra da çıxarılırlar. Özü də bax beləcə rüsvaycasına.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar