Ru
10:08 / 20 İyun 2025

İdarə rəisi və işçilərini ağır cəza gözləyir - FOTO

İdarə rəisi və işçilərini ağır cəza gözləyir - FOTO
Eye

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov və zabitlərinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bakupost.az bildiri ki, “qafqazinfo”nun məlumatına görə, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqla eks-rəis R.Şükürov və həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib.

Təqsirləri sübuta yetirilsə, zabitləri 12 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.

Ramin Şükürov həbsdə, digərləri isə ev dustaqlığındadır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar