11:05
Güllə müəllimənin boyun nahiyəsinə dəyib.
Bakupost.az xəbər verir ki, onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, Ş.K "İdrak" liseyinin direktor müavini olub.
***
10:49
Xəbər verdiyimiz kimi, Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib.
Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, liseyin rəhbəri Mönsüm Alışov açıqlamasında hadisənin səbəbini deyib:
"Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib".
Xəsarət alan qadın riyaziyyat müəllimi Ş.K Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti ilə bağlı yaxın dəqiqələrdə açıqlama veriləcək.
***
10:31
Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib.