Ru
21:12 / 17 İyul 2025

III qrup üzrə ölkə birincisi bu ali təhsil müəssisəsini seçdi

III qrup üzrə ölkə birincisi bu ali təhsil müəssisəsini seçdi
Eye

III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında ölkə üzrə ən yüksək nəticəni Sumqayıt Şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Baxşəliyeva Aytac Ənvər qızı göstərib. Aytac imtahanın birinci mərhələsində 294.8 bal, ikinci mərhələsində isə 397 bal olmaqla ümumilikdə 691.8 bal toplayaraq, III ixtisas qrupu üzrə ən yüksək nəticəni əldə edən abituriyent olub.

Bakupost.az xəbər verir ki, ölkə birincisi ilk təəssüratlarını Teleqraf-la bölüşüb.

Onun sözlərinə görə, itirdiyi cüzi bal ədəbiyyat fənninə aid açıq suallarla bağlı olub.

Aytac deyib ki, imtahanda test sualları daha rahat gəlir, açıq tipli suallar isə vaxt aparır: “ADA Universitetinin Hüquq fakültəsini seçəcəyəm. Topladığım bal bu ixtisası seçməyə imkan verir”.

O, əlavə edib ki, ölkə birincisi olmağı gözləmirmiş: “İmtahanda azca da olsa, həyəcan var idi. İmtahandan sonra nəticələri yoxlamışdım, yüksək bal topladığıma əmin idim, amma ölkə birincisi olacağım ağlıma gəlmirdi”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar