Ru
12:38 / 06 İyun 2025

İki erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ

İki erməni azaraq Azərbaycan ərazisinə KEÇDİ
Eye

Ermənistanın Sünik rayonunun (Zəngəzur) Tex kəndindən olan iki azyaşlı Azərbaycan ərazisinə keçib.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Belə ki, 6 iyun 2025-ci il tarixində saat 01:20 radələrində Aravus kəndi yaxınlığında Tex (Dığ - red.) icmasının sakinləri Karen Armenoviç Cangiryan (27 iyun 2007-ci il təvəllüdlü) və Andrey Armenoviç Qyaqunts (13 yanvar 2008-ci il təvəllüdlü) azıb və Azərbaycan ərazisinə keçiblər.

Məlumatda qeyd olunur ki, hazırda vətəndaşların olduğu yerin müəyyən edilməsi və təhlükəsiz qayıtmaları üçün bütün zəruri tədbirlər görülür.

Həmin yeniyetmələrin ərazidə mal-qara otardıqları bildirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar