Ru
12:38 / 21 Fevral 2023

İlk "iPhone" hərraca çıxarıldı - İnanılmaz qiymətə satıldı - FOTO

4755

"Apple"ın birinci nəsil smartfonu "iPhone" həracda şok qiymətə satılıb.


Bakupost.az xəbər verir ki, 2007-ci ildən qutusu açılmayan "iPhone" hərracda 63 min dollara alıcı tapıb. LCG Auctions tərəfindən təşkil edilən hərracda telefona 2 min 500 dollarla açılış edilib.

“iPhone”un sahibi Karen Qrin deyib ki, telefon ona 2007-ci ildə verilib, lakin operatorla bağladığı müqaviləyə görə cihazdan istifadə edə bilməyib.


Birinci nəsil iPhone SİM kilidli olduğundan, Qrin telefonu istifadə etmədən saxladığını bildirib.

Qeyd edək ki, ilk dəfə 2007-ci ildə Apple tərəfindən təqdim edilən "iPhone" telefon bazarında balansı dəyişdi və bir çox markaları ilhamlandırdı.



Aygün
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər