Ru
22:43 / 05 İyul 2025

İmad Faraj “Neftçi”də - Rəsmi

İmad Faraj “Neftçi”də - Rəsmi
Eye

“Neftçi” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib.

Bakupost.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransalı sağ vinger İmad Faraj artıq “Neftçi”nin üzvüdür. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

“Lill” akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu “AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub.

İmad Faraj ötən mövsüm Kipr təmsilçisinin heyətində 40 rəsmi matça çıxaraq 7 qol vurub və 7 qolun ötürməsini edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar