Gənclər və İdman Nazirliyinin “İmarət” stadionun tikinti işlərinin birinci mərhələsinin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi açıqlanıb.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, nazirliyinin elan etdiyi tenderin qalibi “PMD Project” MMC olub.
Tərəflər arasında 60.506.659,56 AZN-lik sözləşmə imzalanıb.
Qeyd edək ki, “PMD Project” şirkətinin direktoru Nəriman Topçibaşevdir. O, 2021-ci ildən "PMD Projects" MMC-nin direktoru olaraq çalışır.
Şirkət “Zəfər Parkı”, Şuşa Məscidi, Ağdamda “İmarət” kompleksi və digər layihələri icra edib.