Ru
12:47 / 02 Oktyabr 2022

İndoneziyada futbol matçında faciə: 174 nəfər öldü - VİDEO

İndoneziyada futbol matçında faciə: 174 nəfər öldü -  VİDEO
Eye

İndoneziyanın Malanq şəhərində stadionda baş verən iğtişaşlar nəticəsində azı 174 nəfər ölüb.

Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, ölənlər arasında iki polis əməkdaşı da var.

Qeyd olunub ki, iğtişaşlar “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyundan sonra başlayıb.

Polis əməkdaşlarının fanatlara qarşı gözyaşardıcı qazdan istifadə etməsi çaxnaşma və izdihama səbəb olub.

Vurğulanıb ki, Kanjuruhan stadionunda baş verən iğtişaşlarda 180 nəfər yaralanıb. Onlar xəstəxanalara yerləşdiriliblər.






Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar