Xalq artisti Emin Ağalarovun anası İrina Ağalarova biznes qurub.
"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, o, zinət əşyaları brendi yaratması barədə sosial şəbəkədə məlumat yayıb.
İrina Ağalarova brilyantların görüntüsünü yayımlayaraq, brendin yaxın günlərdə təqdim olunacağını bildirib.
Qeyd edək ki, İrina Ağalarova iş adamı Araz Ağalarovdan boşanıb. A.Ağalarov ikinci dəfə ailə qurub və bu nikahdan 2 övladı var.