Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İntizam Məmmədov inzibati qaydada həbs olunub.
Bakupost.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, dövlət məmuru "3 yol" adlanan ərazidə səs-küy salaraq nalayiq ifadələr işlətməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması səbəbilə saxlanılıb.
İntizam Məmmədov Zərdab şəhərinin "Bayraq Meydanı" adlanan hissəsində "Renault Megane" markalı avtomobili idarə edərkən təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə DYP əməkdaşları tərəfindən saxlanılıb. Lakin o, bu haldan əsəbiləşərək yol polislərindən birinə "gəl sənə hörmət edim, çıxım gedim" deyib və nəqliyyat vasitəsi ilə ərazidən uzaqlaşıb.
Daha sonra o, "3 yol" adlanan ərazidə yenidən saxlanılıb və bu zaman yüksək səslə nalayiq ifadələr işlədərək ictimai asayişi pozub. Hətta polis əməkdaşlarını hədələyib.