Ru
22:23 / 19 Avqust 2025

“iPhone”ların qiyməti bahalaşa bilər...

“iPhone”ların qiyməti bahalaşa bilər...
Eye

“Apple”şirkəti yeni smartfonların dörd modelinin hamısını Hindistanda istehsal edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə "Bloomberq" məlumat yayıb.

Agentliyin məlumatına görə, mənbələr brendin dörd yeni modelinin hamısının Hindistandakı fabriklərdə istehsal ediləcəyini bildiriblər.

Qeyd edək ki, “Apple”ın sentyabr ayında “ iPhone 17 ”, “ 17 Air ”, “17 Pro” və “17 Pro Max” modellərini təqdim edəcəyi gözlənilir.

Beləliklə Apple smartfonları ilk dəfə Çindən kənarda istehsal olunacaq.

İstehsalın Hindistana sürətlə ötürülməsinin əsas səbəbi kimi Çindən ABŞ-a ixraca qoyulan yüksək rüsumlar göstərilir.

O da məlum olub ki, “Apple” yüksək idxal rüsumları və ABŞ ilə Hindistan arasında korlanmış münasibətlər səbəbindən “ iPhone ” smartfonlarının qiymətini qaldıra bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar