Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp sosial mediada İranın bütün nüvə obyektlərinin məhv edildiyini iddia edib.
Bakupost.az "THE Wall Street" jurnalına istinadən xəbər verir ki, İran dövlət televiziyası rəhbərinin müavini Hasan Abedini ölkə rəhbərliyinin üç nüvə obyektinin hücumdan əvvəl təxliyə etdiyini açıqlayıb.
“Zənginləşdirilmiş uran ehtiyatları nüvə mərkəzlərindən çıxarılıb və orada zərbəyə məruz qaldıqda radiasiya yaradacaq, soydaşlarımıza zərər vura biləcək heç bir material qalmayıb”, - deyə Abedini vurğulayıb.
İran parlamentinin sədrinin müşaviri Mehdi Məhəmmədi isə qeyd edib ki, İran Fordo nüvə obyektinə hücumu gözləyib, buna görə də, obyekt əvvəldən təxliyə edilib.
Bununla yanaşı, peyk kəşfiyyatı ilə məşğul olan “Maxar” şirkəti isə qeyd edib ki, ABŞ hücumlarından iki gün əvvəl Fordo zavodu yaxınlığında yük avtomobillərinin və nəqliyyat vasitələrinin qeyri-adi fəallığı müşahidə edilib. Vurğulanıb ki, bu da obyektdən yüksək zəənginləşdirilmiş uranın çıxarılmasından xəbər verir.