İsrail Hərbi Hava Qüvvələrinə məxsus 50-dən çox qırıcı Tehran şəhərindəki hərbi obyektlərə aviazərbələr endirib.
Bakupost.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin telegram kanalı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, yəhudi dövlətinin İranın müdafiə potensialını zəiflətmək məqsədilə həyata keçirdiyi son hücumlar çərçivəsində İslam Respublikasının paytaxtında yerləşən hərbi komandanlıq məntəqələri, raket və radar istehsalı obyektləri, həmçinin raket anbarı infrastrukturu hədəfə alınıb.
Lalə,
Bakupost