Naftalanda atasının evinə hücum edən şəxs həbs edilib.
Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 26, mənzil 23-də baş verib. Həmin ünvanda yaşayan Vətən müharibəsi iştirakçısı olmuş Tural Məmmədov (soyad şərtidir) Goranboy rayonuna-atasının evinə gedərək pensiya kartını istəyib. Atası isə kartın Etibar adlı tanışında olduğunu deyib və bildirib ki, bir neçə dəqiqədən sonra kartı alıb ona verə bilər.
Məsələdən qəzəblənən Tural atasını təhqir edərək evdəki əşyaları dağıdaraq mənzildən çıxıb öz evinə gəlib. Atası Turalın ardınca həmin evə getmək istəsə də, Tural atasını evə buraxmayıb.
Atası məsələ ilə bağlı polisə məlumat verib. Hadisə yerinə gələn polislər Turalla söhbət etsələr də, o, polisləri də təhqir edib və onlara müqavimət göstərib.
Tural polis şöbəsinə gətirilib və barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə T.Məmmədov 15 sutka həbs edilib.