Ru
19:19 / 23 İyun 2025

UFC əfsanəsi Bakı haqqında: İnanılmaz yerdir - Video

UFC əfsanəsi Bakı haqqında: İnanılmaz yerdir - Video
Eye

UFC-nin Şöhrət Zalının üzvü və keçmiş orta çəki çempionu Maykl Bisping 21 iyun tarixində "Baku Crystal Hall"da keçirilən “UFC Fight Night: Hill vs. Rountree Jr.” turnirinin rəsmi şərhçisi olub.

Bu barədə Bakupost.az-a Bakı Şəhər Halqasından məlumat verilib.

Bildirilib ki, Bakıya səfəri çərçivəsində Maykl Bisping şəxsi Yutub kanalında vlog da çəkib və şəhər barədə təəssüratını bölüşüb.

UFC əfsanəsi xüsusilə Azərbaycan mətbəxinə heyran qaldığını bildirib, kabab və düşbərəni xüsusi qeyd edib. O, həmçinin Bakı küçələrinin təmizliyini və insanların mehribanlığını vurğulayıb.

Bisping səhər qaçışı zamanı vlog çəkərək izləyicilərinə paytaxtın mərkəzini, o cümlədən İçərişəhəri nümayiş etdirib.

“Ola bilsin ki, bir gün Bakıya səyahət etmək şansınız olacaq – mütləq tövsiyə edirəm. Sadəcə inanılmaz bir yerdir, möhtəşəm memarlığı var. Burada Formula 1 Qran-Prisi keçirilir, artıq UFC də. Azərbaycanda idmana böyük sevgi var”, - Bisping deyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar