Ru
16:55 / 23 İyun 2025

Suraxanıda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edildi

Suraxanıda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edildi
Eye

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edilib.

Bakupost.az xəbər verir ki, tədbirdə RİH başçısı Adil Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri, rayonun dövlət qulluqçuları iştirak ediblər.

Rayon rəhbərliyi və Suraxanı rayonunda çalışan dövlət qulluqçuları əvvəlcə Ümummilli liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər.

Daha sonra Rayon İcra Hakimiyyətinin konfrans zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Adil Əliyev dövlət qulluqçularını peşə bayramı günü münasibətilə təbrik edərək ən xoş arzularını çatdırıb və fəaliyyətlərində uğurlar diləyib. O, bildirib ki, dövlət qulluğunda çalışmaq böyük məsuliyyətdir. Hər bir dövlət qulluqçusu möhtərəm Prezidentimizin etimadına layiq çalışmalı, dövləti təmsil etdiyini, vətəndaşların hüquqlarının qorunması üçün onların üzərinə böyük məsuliyyət düşdüyünü hiss etməlidir.

Həmçinin, tədbirdə iştirak edən rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib və bildiriblər ki, dövlət qulluqçularının işi daim ictimaiyyətin diqqət mərkəzindədir, onlar fəaliyyətlərində humanizm və sosial ədalət prinsiplərinə əsaslanan mənəvi normaları rəhbər tutmalıdırlar.

Tədbirdə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fərqlənən rayonun bir qrup dövlət qulluqçusu Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif ediliblər.



Suraxanıda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edildi
Suraxanıda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edildi
Suraxanıda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edildi
Suraxanıda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edildi
Suraxanıda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edildi
Suraxanıda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edildi
Suraxanıda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edildi
Suraxanıda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd edildi
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar