Ötən gün İran İsrailə hava zərbələri endirdi. 500-ə yaxın hipersonik raket atan İran əsasən İsrailin 3 hərbi bazasını hədəfə götürdü. İsrailin hava hücumundan müdafiə qüvvələri raketlərin bir qismini zərərsizləşdirə bilsə də, bəzilərinin qarşısını ala bilmədi.
İran məqsədinə çatdığını, İsrailin çox sayda F-35 qırıcı təyyarəsini sıradan çıxartdığını desə də, Təl-Əviv bununla razılaşmır, ciddi itki olmadığını deyir.
İsrail rəsmiləri cavabın çox ağır olacağını bildirirlər.
Proseslər İran-İsrail müharibəsinin başlanma ehtimalını sürətlə artırır.
Bəs bizim də sıx münasibətdə olduğumuz bu ölkələr arasında başlayacaq müharibə ölkəmizə necə təsir edər?
BTV-nin suallarını siyasi şərhçi Turab Rzayev cavablandırıb.
BakuPost