Ru
15:15 / 28 Sentyabr 2024

İran Livana könüllülər göndərəcək

İran Livana könüllülər göndərəcək
Eye

İran könüllülərinin Livana göndərilməsi üçün yaxın günlərdə qeydiyyat başlayacaq.

“Report” İran İnqilab Keşikçiləri Qvardiyasına istinadən xəbər verir ki, bunu Fələstin Xalqının İslam İnqilabına Dəstək üzrə Prezident Komitəsinin rəhbəri və İdarə Heyətinin beynəlxalq məsələlər üzrə keçmiş müavini ayətullah Məhəmmədhəsən Əxtəri bildirib.

Onun sözlərinə görə, İsrailə qarşı döyüşmək üçün əvvəllər olduğu kimi Livana qoşun göndərə bilərlər.

M.Əxtəri vurğulayıb ki, Suriyada Colana və Livanın cənubuna qoşun göndərmək üçün zəmin hazırlanır: “İsrail Livandakı müqavimət qüvvələrinin özəyinə hücum edib, ona görə də laqeyd qala bilmərik”.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar