Ru
09:27 / 15 Aprel 2026

Pəncərədən küçəyə 1 milyon atdı - VİDEO

Pəncərədən küçəyə 1 milyon atdı - VİDEO
Eye

Çinin Şantou şəhərində qeyri-adi hadisə yaşanıb.

Bakupost.az Qafqazinfoya istinadən xəbər verir ki, lüks mənzildə yaşayan yaşlı qadın pəncərədən və balkondan küçəyə böyük məbləğdə pul əskinasları atıb.

Hadisə nəticəsində küçədə izdiham yaranıb, insanlar yerə səpələnən pulları toplamaq üçün tələsiblər. Bu səbəbdən ərazidə qısamüddətli nəqliyyat sıxlığı da müşahidə olunub.

Məlumata görə, qadının atdığı məbləğin təxminən 1 milyon Honkonq dolları (təxminən 128 min ABŞ dolları) olduğu ehtimal edilir.

Şahidlərin bildirdiyinə görə, qadın bir neçə dəfə pəncərəyə yaxınlaşaraq, pul dəstələrini aşağı atmağa davam edib. Əskinasların bir hissəsi küçəyə, bir hissəsi isə yaxınlıqdakı ağac və obyektlərə düşüb.

Hadisədən sonra əraziyə polis cəlb olunub və qadının bu addımının səbəbləri ilə bağlı araşdırma başladılıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar