İran hakimiyyəti geosiyasi əhəmiyyətə malik Hörmüz boğazı üçün xüsusi rejim hazırlamağı planlaşdırır.
Bakupost.az xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Fatemə Mohacerani "RİA Novosti"yə müsahibəsində bildirib.
"Hörmüz boğazı ölkəmizin xüsusi mülkiyyətidir. Müxtəlif ölkələrlə qarşılıqlı əlaqə üçün rıçaq kimi istifadə olunan hər bir mülkiyyət kimi, onun üçün də xüsusi rejim hazırlanmalıdır", - deyə Mohacerani vurğulayıb.
Onun sözlərinə görə, İslam Respublikası Hörmüz boğazı üzərində suverenlik məsələsində ölkənin milli maraqlarının qorunması üçün bütün zəruri vasitələrdən istifadə edir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ştatlar və İran arasındakı münaqişənin başa çatmaq üzrə olduğunu, lakin hələ tam bitmədiyini bəyan edib.