Ru
14:30 / 02 Avqust 2023

İranda həkimlər arasında özünəqəsd halları artır - Statistika

1333
İranda yoxsulluq və ümidsizlik həkimlər arasında da intihar hallarının artmasına səbəb olub.

Bakupost.az "Azad İran"a istinadla xəbər verir ki, bu barədə İranın İxtisaslı Həkimlər Birliyinin üzvü Əli Sələhşuri bildirib.

“Həkimlər sığortasız, cüzi maaşla illərlə işləmək məcburiyyətində qalır və bu vəziyyətdə gələcəyə olan ümidlərini itirirlər. Son bir ildə 13 tibb işçisi bu səbəblərdən intihar edib".

Qeyd edək ki, o, həkimlərin kütləvi şəkildə ölkəni tərk etməsinə də toxunub:

“Həkimlər arasında mühacirət adi hala çevrilib. Belə ki, təkcə ötən il 4 mindən çox tibb işçisi ölkədən mühacirət üçün sənəd əldə edib. Bu, dəhşətli rəqəmdir”.

Xatırladaq ki, İranda bir çox ixtisaslı həkim yaşayışlarının minimum ehtiyaclarını qarşılaya bilmədikləri üçün öz sahələrindən uzaqlaşır.


Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər