İranda İsrailin kəşfiyyat xidməti Mossada casusluqda və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti, polkovnik Səyyad Hodayinin öldürülməsində ittiham olunan Möhsün Ləngərnişin adlı şəxs edam olunub.
Bakupost.az xəbər verir ki, İran ədliyyə sisteminə bağlı "Mizan" xəbər agentliyinin məlumatına görə, Ləngərnişin bu gün səhər edam edilib.
O, “Mossadla əməkdaşlıq etmək, casusluq yolu ilə fitnə-fəsad törətmək və dövlətə qarşı müharibə aparmaq” maddələri ilə mühakimə olunub. İttiham və məhkəmə prosesi nəticəsində verilən ölüm hökmü Ali Məhkəmə tərəfindən təsdiqlənib və bu səhər icra edilib.
Xatırladaq ki, Suriya cəbhəsində SEPAH sıralarında xidmət edən polkovnik Səyyad Hodayi 2022-ci ilin may ayında Tehranın Mücahidin-i İslam küçəsində, evinin yaxınlığında motosikletli şəxslərin silahlı hücumu nəticəsində qətlə yetirilmişdi. Hücum zamanı onun avtomobilində başından aldığı güllə yaraları nəticəsində həyatını itirdiyi bildirilmişdi.
Zəhra Məlikova,
BakuPost