Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində tütün məmulatları, o cümlədən elektron siqaretlərlə bağlı istehlak bazarında mövcud olan problemlər müzakirə olunub. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində təşkil olunan görüşdə sözügedən məhsulların idxalı və istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri iştirak ediblər.
Görüşdə həmçinin bu bazarda müşahidə olunan əsas problemlər, onların həlli yolları və istehlakçıların ən çox qarşılaşdığı çətinliklər ətrafında geniş müzakirələr aparılıb.
Məsələ ilə bağlı
Bakupost.az -a danışan sabiq deputat, iqtisadçı alim Rüfət Quliyev yerli tütünün siqaret istehsalında daha geniş istifadə olunmasının vaibliyini vurğulayıb.
"Azərbaycanın özündə yetişdirilən və fermentləşdirilən tütünün yerli fabriklərdə siqaret istehsalında daha çox istifadə olunması vacibdir. Bunun üçün can atmaq lazımdır. Biz öz fabriklərimizdə yerli tütündən nə qədər çox istifadə etsək, onun istehsalı üçün bir o qədər imkan yaranacaq", - deyə o bildirib.
R.Quliyev deyib ki, onda olan məlumata görə, fermentləşmə ilə bağlı kifayət qədər işlər görülür:
"Xarici mütəxəssislər də dəvət olunub. Lakin təkcə tütünün ixracı deyil, onun ölkədə istehsalda istifadəsi də vacibdir".
Lalə Novruz,
BakuPost