Bakıda qadın canlı yayım zamanı dünyasını dəyişib.
"Bakupost" lent.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib.
53 yaşlı S.T. yaşadığı evdə qəfil ölüb.
Məlumata görə, S.T. hadisə zamanı Tiktok sosial şəbəkəsində canlı yayımda xəmir yoğurub. Bu zaman o, qəfil ürəktutmadan vəfat edib.
Faktla bağlı araşdırma aparılır.