Hindistanın Qərbi Benqal ştatının Kəlküttə şəhərində 6 mərtəbəli oteldə baş verən yanğın zamanı 14 nəfər həlak olub, 13 nəfər isə yaralanıb.
Bakupost.az -ın Hindistan Times-ə istinadən məlumatına görə, ölənlər arasında 2 uşağın olduğu bildirilir..
Yanğın artıq nəzarət altına alınıb.
Faktla bağlı istintaq başladılıb, hadisənin səbəbi araşdırılır.
Zəhra Məlikova,
BakuPost