İranın mərkəzindəki Qum əyalətində yaşayış binasında baş verən partlayış terror aktı deyil.
Bakupost.az İran KİV-ə istinadən xəbər verir ki, vilayətin rəhbəri bildirib. Onun sözlərinə görə, hazırda partlayışın səbəbləri araşdırılır və yaxın vaxtlarda ətraflı məlumat veriləcək.
Qeyd edək ki, bu gün səhər saatlarında Qumdakı yaşayış komplekslərindən birində partlayış baş verib. İran mətbuatının məlumatına görə, ilkin səbəbin qaz sızması olduğu bildirilir. Eyni zamanda bəzi mənbələr partlayışı mümkün hücumla əlaqələndirib. Qeyd edək ki, son bir neçə gündə İranda tez-tez partlayış hadisələri baş verir.
Zaur, BakuPost