Ru
23:53 / 13 İyun 2025

İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkarlandı

İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkarlandı
Eye

İranın Natanz şəhərindəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi bildirib.

O qeyd edib ki, nüvə obyektlərinin tam mühafizəsini və dinc məqsədlər üçün istifadəni davam etdirmək üçün İrana ekspertlər göndərməyə hazırdır. Agentlik rəhbəri bildirib ki, nüvə obyektlərinə heç vaxt hücum edilməməlidir.

Qrossi vəziyyəti qiymətləndirmək və təhlükəsizliyi təmin etmək üçün mümkün qədər tez İrana səfər etməyə hazır olduğunu bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar