Ru
15:48 / 14 İyun 2025

İsrail-İran gərginliyi: AZAL bu reyslər ləğv etdi

İsrail-İran gərginliyi: AZAL bu reyslər ləğv etdi
Eye

Yaxın Şərqdə baş verən son hadisələr və bir sıra ölkələrin hava məkanlarının bağlanması ilə əlaqədar Azərbaycan Hava Yolları aviaşirkətinin 14, 15 və 16 iyun 2025-ci il tarixlərinə planlaşdırılan bir sıra reysləri ləğv edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidməti məlumat yayıb.

14 iyun 2025-ci il:

• Bakı – Tel-Əviv – Bakı (J2 331/332)

• Bakı – Nyu-Dehli – Bakı (J2 057/058)

• Bakı – İslamabad – Bakı (J2 143/144)

• Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)

• Bakı – Tehran – Bakı (J2 8017/8018)⁠

15 iyun 2025-ci il:

• Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322)

16 iyun 2025-ci il:

• Bakı – Tel-Əviv – Bakı (J2 021/022 və J2 321/322)

• Bakı – Tehran – Bakı (J2 8017/8018)

Qeyd edək ki, Bakı-Təbriz-Bakı marşrutu üzrə reyslər iyun ayının sonunadək ləğv edilib.

AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə suallar yarandığı halda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar