İranın səlahiyyətli orqanları ilə daim əlaqə saxlayır, zəvvarların ölkəyə qayıtması məsələsinin həlli üçün lazımi tədbirlərə baxırıq.
Bakupost.az xəbər verir ki, bunu İran Həcc Təşkilatının rəhbəri Əlirza Bayat deyib.
O əlavə edib ki, zəvvarların quru yolu ilə ölkəyə qaytarılması da nəzərdən keçirilir:
"Uçuşları bu gün və ya yaxın günlərdə təxirə salınan, yaxud ləğv ediləcək zəvvarlar Həcc Təşkilatı tərəfindən Məkkə və Mədinə şəhərlərində qonaq olunacaqlar. Hava donanmasının statusu ilə bağlı müvafiq məsul şəxslər qərarlar verəcək. Təbii ki, biz digər ssenariləri də, o cümlədən zəvvarların quru yolu ilə geri qaytarılmasını nəzərdən keçiririk", - o bildirib.
Aygün,
BakuPost