Ru
16:59 / 25 Oktyabr 2024

İsrail Cəbaliyyədə əməliyyata başladı

İsrail Cəbaliyyədə əməliyyata başladı
Eye

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Cəbaliyə qaçqın düşərgəsində yerləşən "Kamal Advan" xəstəxanası ərazisində əməliyyata başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Əməliyyat ərazidə terrorçular və terror infrastrukturunun olması ilə bağlı kəşfiyyat məlumatları əsasında başlayıb”, - deyə məlumatda bildirilir.

Qeyd olunub ki, xəstəxananın yerləşdiyi ərazidə əməliyyatdan bir neçə həftə əvvəl İDF xəstələrin təxliyəsini həyata keçirib .

"Cəbəliyyədə əməliyyat fəaliyyətləri başlayandan bəri 45 minə yaxın fələstinli mülki şəxs təxliyə edilib, eyni zamanda yüzlərlə terrorçu məhv edilib",- mətbuat xidməti əlavə edib.


Zaur
BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar