Ru
19:18 / 02 İyul 2025

İsrail hücum üçün hava məkanımızdan icazəsiz istifadə edib - İraq

İsrail hücum üçün hava məkanımızdan icazəsiz istifadə edib - İraq
Eye

İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani BBC telekanalına müsahibəsində İsrailin İrana hücum etmək üçün İraqın hava məkanından icazəsiz istifadə etdiyini deyib.

Bakupost.az xəbər verir ki, bu barədə "Azad İran" Telegram kanalı məlumat verib.

İraq baş nazirinin sözlərinə görə, İran hakimiyyətinin devrilməsinə cəhdin bütün bölgə üçün təhlükəli nəticələri olacaq.

"İsrailin İraqın hava məkanından icazəsiz istifadəsi ölkənin suverenliyinə və BMT Nizamnaməsinə ziddir. Biz bununla bağlı BMT Təhlükəsizlik Şurasına şikayət vermişik", - deyə, əl-Sudani vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar