İsrail Hərbi Hava Qüvvələri İranla silahlı münaqişə zamanı bir dənə də olsun pilotlu təyyarə itirməyib.
Bakupost.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Aviçai Edri RİA Novosti-yə bildirib.
"İsrailə məxsus heç bir təyyarə, heç bir döyüş helikopteri vurulmayıb. İran sadəcə bir neçə pilotsuz uçuş aparatını vurmağı bacarıb və biz bunu açıq şəkildə etiraf etmişik", - deyə o bildirib.
İsrail ordusunun sözçüsünə sözlərinə görə, İran tərəfinin İsrailin döyüş təyyarələrinin vurulması ilə bağlı iddiaları yalandır və reallıqla heç bir əlaqəsi olmayan təbliğatdan ibarətdir.
Lalə, BakuPost