Ru
16:11 / 19 İyun 2025

İsrail İranın "yer-yer" raketlərini məhv etdi

İsrail İranın "yer-yer" raketlərini məhv etdi
Eye

İsrail Hərbi Hava Qüvvələrinin təxminən 20 qırıcı təyyarəsi Qərbi İranda yerləşən "yer-yer" tipli raket infrastrukturuna və buraxılış qurğularına hava zərbələri endirib.

Bakupost.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Zərbələr İsrail hərbi kəşfiyyat idarəsinin (AMAN) təqdim etdiyi məlumatlara əsaslanaraq həyata keçirilib. Hava hücumları zamanı İran ordusuna məxsus raket sistemləri və əsgərlər hədəf alınıb.

Rəsmi açıqlamada qeyd olunur ki, İsrailə məxsus pilotsuz uçuş aparatları (PUA) "yer-yer" tipli raketlər daşıyan yük maşınlarının hərəkətini qeydə alıb və onlar buraxılış nöqtələrinə çatanda məhv edilib.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar