Ru
10:25 / 11 Noyabr 2026

Qubada 2 qardaş qəzaya düşdü, biri öldü

Qubada 2 qardaş qəzaya düşdü, biri öldü
Eye

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Bakupost" xəbər verir ki, hadisə rayonun Tüləkəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Lada-Niva" markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini dərəyə aşırıb. Nəticədə sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sərnişinlərdən biri xəstəxanaya aparılarkən yolda ölüb. Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

***

"Bakupost" lent.az-a istinadla xəbər verir ki, hadisə Quba-Tüləkəran avtomobil yolunun Gültəpə kəndi ərazisinin keçən hissəsində qeydə alınıb.

31 yaşlı Nurəli Vidadi oğlu Əlirzayevin idarə etdiyi VAZ-21214 (Lada Niva) markalı avtomobillə idarəetməni itirib yol kənarında olan ağaca dəyib.

Nəticədə sərnişin, 23 yaşlı Fəqan Habil oğlu Ədilov xəstəxanaya aparılarkən yolda öüb. Sürücü və mərhumun qardaşı, 21 yaşlı Nuray Ədilov isə xəsarətlər alıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar