Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə işgüzar səfər edib.
"Bakupost" xəbər verir ki, bu barədə baş nazir öz Telegram kanalında bildirib.
Paşinyan Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində təşkil olunan Liderlər Sammitində iştirak edəcək.
Səfər zamanı baş nazirin xarici tərəfdaşlarla ikitərəfli görüşləri də planlaşdırılır.
Qeyd edək ki, Paşinyan Fransaya işgüzar səfərindən sonra Türkiyəyə yola düşüb.