Ru
10:18 / 11 Noyabr 2026

650 min manatı leqallaşdıran Həsənə 7 il 6 ay həbs verildi

Eye

Onlayn qumar və mərc oyunlarına qarşı DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla saxlanılan 43 yaşlı Həsən Səbili məhkəmə qarşısına çıxarılıb.

"Bakupost" xəbər verir ki, o, Cinayət Məcəlləsinin 193-1.3.2, 244-1.2.2 və 244-1.2.4-cü maddələri üzrə təqsirli bilinib.

Məlum olub ki, H.Səbili 2025-ci il ərzində müxtəlif maliyyə əməliyyatları aparmaqla 646761,33 manat məbləğində pul vəsaitlərinin izinin itirilməsinə nail olub. Bu üsulla müştərilərin “7isles” adlı onlayn kazino veb saytında qumar oyunu oynamalarını təmin etməklə internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edərək qumar oyunları təşkil etmək və keçirməklə ümumilikdə xeyli miqdarda, yəni 646761,33 manat pul vəsaitini leqallaşdırıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H. Səbiliyə 7 il 6 ay həbs cəzası verilib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar