Ru
16:03 / 11 Mart 2025

İsrail qırıcıları Suriyada hərbi aerodroma hücum etdi

İsrail qırıcıları Suriyada hərbi aerodroma hücum etdi
Eye

İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubundakı Süveyda əyalətindəki Xalxala aviabazasına zərbələr endirib.

Bakupost.az xəbər verir ki, bu barədə Suriyanın “Syria TV” telekanalı məlumat yayıb.

"İşğalçı İsrail aviasiyası Süveyda əyalətindəki Xalxala hərbi aerodromunun ərazisinə hava zərbələri endirib", - deyə məlumatda deyilir.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Avişay Adraee özünün X-dəki səhifəsində bildirib ki, İsrail təyyarələri keçmiş Suriya rejiminin radarlarına, müşahidə avadanlıqlarına, komanda məntəqələrinə və hərbi obyektlərinə zərbələr endirib.

O qeyd edib ki, bu vasitələrin ölkənin cənubunda yerləşməsi İsrail üçün təhlükə yaradır və bu obyektlərə zərbələr “gələcək təhlükələri aradan qaldırmaq və sərhəd təhlükəsizliyini gücləndirmək" məqsədi daşıyır.

İsrailin "Kanal 14" telekanalının məlumatına görə, hücumların hədəfi Suriya ordusuna məxsus obyektlər, o cümlədən "üsyançıların nəzarəti ələ keçirməyə çalışdıqları" silah anbarları, radarlar, tanklar və silahlar olub.
Qeyd edək ki, fevralın 23-də İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib ki, yəhudi dövləti Suriyanın yeni hakimiyyət orqanlarının silahlı qüvvələrinin Dəməşqin cənubundakı ərazilərdə görünməsinə icazə verməyəcək və vəziyyət Suriyanın cənubunun tam silahsızlaşdırılmasını tələb edir.

Lalə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar