Ru
16:46 / 24 Aprel 2024

İsrail Rəfaha ordu göndərməyə hazırlaşır

1001
İsrail HƏMAS-ın son qalası kimi gördüyü Rəfaha qoşun göndərməyə hazırlaşır. Müharibədən əziyyət çəkən və oraya sığınan fələstinlilərin təxliyəsi üçün hazırlıqlar davam edir.

Bakupost.az xəbər verir ki, bu barədə İsrail mediası bildirib.

Qeyd edək ki, İsrail hökumətinin HƏMAS ilə atəşkəs danışıqlarından sonra Vaşinqtonla fikir ayrılıqları səbəbindən bir neçə həftədir Rəfahın boşaldılması təxirə salınmışdı.

Artıq bəzi sosial şəbəkə istifadəçiləri Rəfahdan təxliyə edilənlər üçün çadır şəhərciyinin qurulduğunu əks etdirən görüntülər paylaşıb.

İsrail hökuməti isə səsləndirilən iddialarla bağlı heç bir açıqlama verməyib.

Misirlə sərhəddə yerləşən Rəfah əhalisi yarım ildən çox davam edən müharibə zamanı Qəzza zolağının digər bölgələrini tərk edən bir milyondan çox fələstinli sayəsində artıb.

Müharibədə mülki əhali arasında itkilərin artması səbəbindən təzyiq altında olan İsrail, Rəfahda mülki vətəndaşların müdafiəsi üçün tədbirlər görəcəyini vəd etsə də, burada hər həftə mülki vətəndaşlar həlak olur.

Netanyahu hökuməti iddia edir ki, Rəfahda HƏMAS-ın 4 böyük döyüş taboru var və bu, qruplaşmalar minlərlə döyüşçü ilə gücləndirilib.

Netanyahu hökuməti bəyan edib ki, HƏMAS-ın 7 oktyabrda İsrailin cənubuna hücumundan sonra başlayan Qəzza müharibəsində Rəfahı almadan, HƏMAS-ı tamamilə məhv etmədən və orada saxlanılan girovları İsrailə qaytarmadan qələbə mümkün olmayacaq.

HƏMAS isə yaxınlaşan Rəfah əməliyyatı ilə bağlı açıqlama verməyib. Hərəkatın lideri İsmayıl Haniyə aprelin 21-də prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb, atəşkəslə bağlı müzakirə aparıb.

Müharibənin 200-cü günü münasibəti ilə danışan HƏMAS-ın hərbi sözçüsü Əbu Obeyda, Qəzzada səhiyyə işçilərinin 34 mindən çox fələstinlinin ölümünə səbəb olduğunu söyləyib.

İsrailin verdiyi açıqlamaya görə HƏMAS oktyabrın 7-də 1200 nəfəri öldürüb, 253 nəfəri isə girov götürüb. İsrail ordusu Qəzza zolağının böyük hissəsini ələ keçirən quru əməliyyatında isə 262 əsgərinin həlak olduğunu bildirib.

Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər