Ru
16:29 / 25 İyun 2025

İsraildən etiraf: İran 6 laboratoriyanı darmadağın edib

İsraildən etiraf: İran 6 laboratoriyanı darmadağın edib
Eye

İranın İsrailin cənubuna endirdiyi raket zərbələri nəticəsində Beer-Şeva şəhərində yerləşən Ben-Qurion Universiteti ciddi zərər görüb.

Bakupost.az xəbər verir ki, bu barədə The Times of Israel nəşri məlumat yayıb.

Məlumata görə, universitetlə əlaqəli olan “Soroka” Tibb Mərkəzinin ərazisinə raket düşməsi nəticəsində altı tədqiqat laboratoriyası tamamilə dağılıb, doqquzuna isə ziyan dəyib.

Universitet rəhbərliyi bildirib ki, zərbə nəticəsində tibb və biologiya sahəsində illərlə aparılmış elmi tədqiqatların nəticələri məhv edilib. Eyni zamanda, universitetin tibb fakültəsinin dərs otaqları və tədris laboratoriyaları da zərər görüb.

Hücum nəticəsində universitetin əsas kampusunda yerləşən daha 30-a yaxın bina zərər görüb.

Rəhbərliyin ilkin qiymətləndirməsinə görə, dəymiş ziyanın həcmi on milyonlarla, hətta yüz milyonlarla şekel (təxminən 2,93 milyon dollar) təşkil edə bilər. Hazırda dəymiş zərərin dəqiq miqyası araşdırılır.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar