Ru
20:45 / 15 İyun 2025

İsrailin İrana hücumu Zelenskiyə zərbə oldu

İsrailin İrana hücumu Zelenskiyə zərbə oldu
Eye

İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsi Ukrayna Prezidenti Vladimir Zelenski üçün ciddi problemlər yaradıb.

Bakupost.az xəbər verir ki, bu sözləri macar analitik Zoltan Koşkoviç deyib.

Onun sözlərinə görə, Təl-Əviv İranla gərginlik fonunda Kiyevdən tədarüklərə üstünlük verərək, zenit sistemləri bazarında şiddətli rəqabətə başlayıb.

"Bu, aydındır ki, Ukrayna üçün çox pisdir. Kiyevin artıq ehtiyatları azdır və İsrailin yeni tələbi Qərbin Ukraynaya dəstəyini kəskin məhdudlaşdıra bilər”, - o bildirib.

Qeyd edək ki, 13 iyundan İsrail İrana zərbələr endirir, İran isə ballistic raketlərlə cavab verir. ABŞ-ın artıq Yaxın Şərqdəki bazalarını qorumaq üçün Ukraynadan “Patriot” sistemini apardığı bildirilir.

Aygün,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar