“Çörəkçi” zavodunun istehsalı olan baton sadə çörəyinin içərisindən dəmir cisim çıxıb.
Bakupost.az xəbər verir ki, bu barədə jurnalist Amil Hacıyev paylaşım edib.
O bildirib ki, Al marketdən aldığı çörəyi yemək istəyərkən içərisində bolt görüb.
"Çörəyi al çörəkçidən, içində də bolt-qaykası ilə. Al marketdən alınan çörəyin içindən çıxıb. Deyəsən "Çörəkçi" stomotoloqlarla şərik işləyir" , - deyə o, kinayəli paylaşım edib.
Məsələ ilə bağlı "Çörəkçi"dən münasibət almaq isə mümkün olmadı.
Bu nə səviyyəsizlikdir! Hər gün yüzlərlə insan (kişi, qadın, uşaq, qoca fərqi yoxdu) qəzaya düşür, həyatını itirir, yüzlərlə bədbəxt hadisə baş verir, bu kimi xəbərləri paylaşmaq yerinə belə lazımsız şeyləri paylaşırsınız. Çörəyin içinə aparıb əlləriylə bolt qoybayıblarki xüsusi aparatlarla bişirilən çörəkdi texniki problem olub düşüb içinə o dəyqə də paylaşmısız. BELƏ TOKSİK İNLARLAR OLDUĞU MÜDDƏTCƏ ÖLKƏMİZ QABAĞA GEDƏ BİLMƏYƏCƏK!!!