Ru
20:44 / 04 Yanvar 2023

Kadi “Qarabağ”dan ayrıldı

Kadi “Qarabağ”dan ayrıldı
Eye

Kadi Borges “Qarabağ”dan ayrılıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Bildirilib ki, Kadi Borgesin transferi ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb.

Danışıqların yekununa əsasən, futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la rəsmi müqavilə imzalayacaq.

“Keçid rəsmiləşdikdən sonra ictimaiyyətə daha ətraflı məlumat veriləcək”, - açıqlamada deyilir.

Qeyd edək ki, Kadi 2021-ci ilin yayından “Qarabağ”da oynayırdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar