Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə İranın xarici işlər naziri Abbas Arakçı arasında telefon danışığı olub
Bakupost.az xəbər verir ki, bu barədə AB-nin ali nümayəndəsi X-də yazıb.
O diqqətə çatdırıb ki, regionda gərginliyin daha da artması təhlükəsi həddindən artıq yüksəkdir:
"AB hər zaman bildirib ki, İrana heç vaxt nüvə silahı əldə etməyə icazə verilməməlidir. Yalnız diplomatiya davamlı həllə gətirə bilər. AB bu yolda dəstək verməyə hazırdır".
İran mənbələrinin telefon danışığı ilə bağlı yaydığı məlumatda isə qeyd edilib ki, A.Arakçı AB rəsmisi ilə danışıqda İsrailin İranın suverenliyi və ərazi bütövlüyünü pozmağa cəhd göstərdiyini vurğulayıb:
"Arakçı həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyi İdarəçilər Şurasının İranın sülh məqsədli nüvə proqramı ilə bağlı son qətnaməsini tənqid edib. O, üç Avropa ölkəsi və ABŞ-ın təşəbbüsü ilə irəli sürülən bu qətnaməni İsrailin İranın nüvə obyektlərinə qarşı düşmənçilik hərəkətləri üçün bəhanə və zəmin kimi qiymətləndirib".