Ru
10:03 / 14 Aprel 2026

Kapital Bankın yeni qanunsuzluq variantları

Kapital Bankın yeni qanunsuzluq variantları
Eye

"Yaxın oturun sizə ölkənin 2-ci ən böyük bankı olan Kapital Bankın yeni pul qazanmaq metodundan danışım. Mən onların qanunsuzluqlarından yazmaqdan yoruldum, amma onlar müştəriləri aldatmaqdan yorulmadılar. Hər dəfə də yeni metodlarını kəşf edirəm. Bunlar hələ öz başıma gələnlərdir, görün xəbərim olmayan nə qədər mexanizmlər mövcuddur".

Bakupost.az xəbər verir ki, bu fikirləri iqtisadçı Samir Əliyev səsləndirib.


"Deməli, bu bankın tətbiqində digər banklarda olduğu kimi istədiyin vəsaiti bir hesabdan (A-dan) digər hesaba (B-yə), bir kartdan (A-dan) digər karta (B-yə) pul vəsaiti köçürtmək funksiyası var. Bu köçürtmələrə görə hesabların və kartların təyinatından asılı olaraq komission haqq tələb oluna da bilər, olunmaya da bilər. Burası normaldır, hətta əladır.

Normal olmayanı bilirsiz nədir? A kartından A kartına, yəni özünə pul köçürməyə görə müştəridən komission haqq tutmaq və üstəlik buna görə gündəlik faiz tətbiq etmək. Bu həqiqətən də anormallıq və müştəridən haqsız pul qopartmaqdır.

Problemi izah edim. Kapital Bankın məhsulu olan Birbank-ın debet və kredit olmaqla iki kartdan istifadə edirəm. Özlərinin tövsiyəsinə görə, kredit kartındakı güzəştli müddətləri düzgün idarə etmək üçün vəsaiti əvvəlcə debet kartına, sonra isə kredit kartına köçürürəm. Ancaq keçən dəfə debet kartından kredit kartına köçürtmək əvəzinə səhvən kredit kartından özünə köçürtmə etmişəm. Nəticədə 50 manatdan 4% (2 manat) komissiya çıxıblar və gündəlik 5 qəpik (illik 35%) olmaqla faiz tətbiq etməyə başlayıblar. Yəni kredit kartından başqa karta yox, məhz özünə köçürtmüşəm. Belə çıxır ki, həmin vəsaiti nağdılaşdırmışam. Bu ona oxşayır ki, sahibkar (VÖEN) hesabımdan cari hesabə əvəzinə səhvən həmin sahibkar hesabıma pul köçürürəm və dövlət məndən təkrar vergi, bank isə nağdılaşdırma vergisi tutur.

Bank təmsilçisindən soruşuram ki, niyə siz icazə verirsiniz ki, mən eyni kart arasında köçürtmə edim? Axı bunu qadağan etmək çətin deyil? Cavab verir ki, təklifinizi nəzərə aldıq gələcəkdə bununla bağlı tədbir görüləcək. Bəs mənim itkilərim, onların taleyi necə olacaq? sualı təbii ki cavab qaldı. Məsələ 2 manatlıq komissiyada və ona hesablanmış gündəlik 5 qəpikdən deyil. Məsələ müştəriyə göstərilən xidmətin keyfiyyətinin aşağı olmasında və yüzminlərlə analoji hallardan qazanılan haqqedilməyən pullardadır.

Keçən dəfə yazmışdım və bu dəfə bir daha təkrar etməyə məcburam. Azərbaycanda maliyyə xidmətləri alan geniş əhali kütləsi faktiki olaraq müdafiədən kənarda qalıb. Onların hüquqları kütləvi şəkildə pozulur. Bu hüquqları müdafiə edən mexanizmlər isə yox səviyyəsindədir. Əhalinin maliyyə savadsızlığının aşağı olmasından istifadə edən kredit təşkilatları, xüsusən də banklar onları aldadır, səhv və yarımçıq məlumat verməklə onları kredit bataqlığına salırlar. Oturub havadan müqavilə tərtib edirlər və sonra işləri çətinə düşəndə həmin müqaviləni əllərində bayraq edirlər. Bank mağaza deyil ki, istədiyi standartı, yanaşmanı müştəriyə tətbiq etsin. Bu təşkilatlar lisenziya əsasında fəaliyyət göstərirlər. Onların ölkə və əhali qarşısında məsuliyyətləri var. Təəssüf ki, tənzimləyici qurum olan Mərkəzi Bank ən yaxşı halda seyirçi mövqedə durur, konkret tədbirlər görməyə tələsmir".



Şərhlər
  • Leyla Məmmədova

    Kapital bank qədər alçaq və şərəfsiz bank yoxdu . Onlardan canımi qurtarmaq üçün günleri iplə cekirem

  • İntiqam

    Mənimdə başıma belə hadisə gəlib.Kredit kartımnan özünə ödəniş etdim faizə vurdular.Əlimə pul düşən kimi ilk işim birkartı bağlamaq olacaq.

  • İslam Əsədullayev

    Qardaşlar,bir bank kartımda ,balansda 2000 man görünür,sonrakı əməliyyatda yoxa çıxır.O dövr üçün toplam vəsaitimin nə qədər olduğunu təəssüf unutmuşam.Bankda izah edə bilmədilər durumu.Dedilər Sosial...fonda gedim.Bəlkə onlar nəsə deyərlər.Ki,bu qədər vəsaitin olub ,indi bu qədər qalib.Bilmirəm nə məsələdir...

  • İlqar

    Diqqətli olmaqdan başqa çarə yoxdur

  • Muşviq həsənzadə

    Hər şey bir yana ey kartiniza gələn vesaitin bildirişi üçün aylıq 3 manat verməliyik. Men başa düşə bilmirəm ey biz Ermənistan vətəndaşıyiq? Kapitalın bu xidməti gosdermesi şəxsən onun birbaşa vəzifə borcudur. Belə də ki lazim olanda girib baxiram qəsdən aylıq 3 manatı öldüyüm günə kimi vermeyecem onlara. Hər kəsi bu bildiriş almamağa çağırıram. İmtina edin heyif dir 3 mnaatiniz. Adamı lap qoyun yerinə qoyurlar ey

  • A.f

    Soyurlar insanları

  • Əlvan

    Salam,Belə baxanda Banklar düz edir siz insanları aldadır,kim sizi məcbur edir ki gedib Bankdan kart alırsınız?üstəlik alış verisinizi Bank Kartı ilə edirsiniz, onlayn kredit götürürsünüz,mallar alirsiniz.keçmişdə KART sözü qumar oyununda işlədilirdi,məsələn gəl Kart oynayaq,o kartların üzərində şəkillər,rəqəmlə və T,K,V hərfləri ilə qeyd olunmuş işarələr vardı,kart oyunu oynayan insanlara "kartyojnik" deyərdilər.imdi Həmən kart oyununu Banklar insanlara qarşı oynayırlar,əvvəl sirnikdirib kart verirlər sonra karta qoyduğunuz pulllarla qumar oynayırlar,bu Kart oyununda,sadəcə olaraq kartı paylayan yəni Banklar udur, çünki T(yəni TUZ) kartı daima Bankların əlində olur,insanlara isə rəqəmlər olan kartları paylayirlar.ona görədə Bank Kartıni alan və oyuna qoşulan insanlar daima uduzurlar.yəqin məni anlayırsınız.Bank kartları Qumar kartları kimi bir şeydir.bir sözlə KİŞİNİN pulu cibində olar,əks halda nə pulunuzun sayını biləcəksiniz,nədə bərəkətini görəcəksiniz.məndən bu qədər

  • Elçin Şükür

    Tam doğrudur, sizin fikrinizcə razıyam.

  • Əlvan

    Belə baxanda Bank düz edir,milləti minib capr.sizə kim məcbur edir ki,gedib bankdan kart alarsınız pulunuzu da kartda saxlayasınız?hələm üstəlik aldığınız malları kartla hesalasirsiniz.Bahoo kişinin kartı varmis,dədələriniz babalariniz kart görmüşdü?bank karti.Bir düşünün Kart sözü keçmişdə nəyə deyirdilər?Yadınıza salım,bilin,Kart dedikdə qumar oynadığınız,üzərində şəkil və ya T,K,V.hərifləri ilə işarələnmiş qumar kağızlarını deyirdilər,Bax bu İndiki istifadə etdiyiniz Bank Kartları da həmən qumar kartlarisir,sadəcə olar kaydı verən Bankların əlində T Yüzdür,əhaliyə verdikləri kartlar isə sadə rəqəmlərdir,belə olan halda,Bank həmişə pul udur,sadə və adi vətəndaşlar isə pullarini uduzur.Bir sözlə,KİŞİNİN PULU CİBİNDƏ OLAR,ÖZUDƏ NƏĞD PUL ŞƏKLİNDƏ.Əks halda sadə və savadsız,bu qumar oyunu bilməyən insanlar daima uduzan,Banklar isə udan tərəf olacaqlar.məndən bu qədər

  • Məmmədova Aytən

    Bəli, çox dogru.Bu hadısə mənim də yanvar ayında başıma gəldi.Zəng edərək 196 çağrı xidmətinə bildirdim, cavabı isə eyni sizə verilən cavab kimi oldu...

  • Əli Həsənov

    Mən keçdim başqa banka artıq 1 ildən çoxdur, iyrənirəm kapital bankdan. Hələ Birmarket tətbiqlərini demirəm, vAllah yalançıdırlar, aldadırlar. 3 aydır mənim geri ödənişimi etmirlər, hər həftə yazıb biabır edirəm, salıblar üzlərinə

  • Emin

    Bizde bankof bakudan 19 faizle pul goturmusik ayliq odenis geldikde gprduk ki 29 faizle hesablayirlar

  • Raul Ağazadə

    Kapital Bank *texniki XXXeta bəhanəsilə kartimdan 150 AZN oğurlayıbsa da düz 15 aydir ki, aidiyyəti üzrə bütün məsul qurumlara zəruri tədbir görülməsi tələb ilə ötən dövr ərzində dəfələrlə şikayətler unvanlansa belə nəinki mərkəzi bank, hətta hüquq mühafizə orqanlarınin hərəkətsizliyi ucbatından vətəndaş mövqeyi dövlət tərəfindən vecə də alınmır əfsuslar olsun ki, mənfur düşmən tərəfindən mekrlice qəsb olunmuş dövlətimizin *dekorativ vitrinləri kimi çıxış edən anti-milli hökumət idarələri və çanaq tutan daşnak-yezidi zatsizlari xalqı uçurum kənarında saXXXlayib deyə bu cür vb.məhvin qarşısını almaq üçün özünü müdafiə məqsədilə mütləq intiqam yaqlanmasi qaçılmazdır

  • Rəşad

    ALLAH GÖZLƏRİN DOYDURSUN !

  • İLHAM İSAYEV

    2024 CÜ İLİN DEKABR AYINDA KAPİTAL KARTIMDAN 549 AZN PUL OĞURLANDI, BANKA DƏFƏLƏRLƏ MÜRACİƏT ETSƏMDƏ KÖMƏKLİK OLUNMADI. DÜŞÜNÜRƏM BU İŞDƏ BANKIN HANSISA BİR QRUP NÜMAYƏNDƏSİNİN ƏLİ VAR....

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar