Ru
14:50 / 14 İyun 2022

“Kinoteatrlarımız boşdur, mağazalarda vitrinə çıxarmağa geyim yoxdur” - Emin Ağalarov biznesindən danışdı

3679
Xalq artisti Emin Ağalarov Ukraynadakı müharibənin Rusiyadakı biznesinə təsirindən danışıb.


Bakupost.az xəbər verir ki, o, geyim brendlərinin Rusiyada fəaliyyətini dayandırdığından “Crocus Groupa” daxil olan mağazaların boş qaldığını etiraf edib.


“Ticarət mərkəzi icarəçilərini itirdi, 30% mağazalar boşaldı. Qalanlar isə satmağa yeni kolleksiya ala bilmir. Mağazalar əllərində olan malları satır. Təsəvvür edin, yayda vitrində qış paltarları, paltolar düzülüb.

"H&M", "Zara" kimi brendlər on il ərzində bazara böyük sərmayələr qoyublar, onlar ən yaxşı yerlər üçün mübarizə aparıblar. Onlar bilirlər ki, bazarı tərk etsələr, 5-10 ildən sonra geri qayıtmaq onlara xeyli baha başa gələcək".


"Hollivud filmlərinin premyeraları yoxdur. Əvvəllər hər seansda 12 min insan olurdu. İndi tamaşacı azalıb, zallar boşdur. Rusiyaya hələ 100 il lazımdır ki, Hollivud kimi filmlər istehsal edib, kinoteatrları doldursun. Zallar boşdur, orda tennis oynayacağıq. Başqa nə edək?”, - deyə Emin şikayətlənib


Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər