Ru
14:35 / 01 Oktyabr 2024

KİV: Ukrayna atəşkəs naminə güzəştə getməyə hazırdır

1879
Kiyev atəşkəs və münaqişənin həlli üçün mümkün güzəştlərin müzakirəsini nəzərəçarpacaq dərəcədə qəbul etməyə başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Financial Times” bildirib.

Nəşr BMT toplantısında iştirak edən avropalı diplomatlara istinadən qeyd edir ki, münaqişənin potensial həlli ilə bağlı söhbətlərin tonu və məzmununda ciddi dəyişikliklər baş verib. Ukrayna rəsmiləri atəşkəslə bağlı razılaşmanın mümkünlüyünü müzakirə etməyə daha açıq olublar.

Diplomatlar bildirirlər ki, Ukrayna Xarici İşlər Nazirliyinin yeni rəhbəri Andrey Sibiqa ABŞ-a son səfəri zamanı qərbli həmkarları ilə münaqişənin həlli üçün mümkün kompromis variantlarını müzakirə edib. Onların sözlərinə görə, Andrey Sibiqa sələfi Dmitri Kuleba ilə müqayisədə ərazi güzəştlərinin mümkünlüyü barədə daha realistdir.

Nəşr qeyd edir ki, adı açıqlanmayan diplomat Kiyevin münaqişənin necə bitəcəyini getdikcə daha açıq şəkildə müzakirə etdiyini və uzunmüddətli sülh razılaşmasına nail olmaq üçün Ukraynanın güzəştə getməli olduğunu bildirib. O qeyd edib ki, altı ay əvvəl bu cür söhbətlər Kiyev üçün tabu idi.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar