Ru
21:35 / 10 Yanvar 2026

Kolumbiya prezidenti ABŞ-yə səfərinin məqsədini açıqladı

Kolumbiya prezidenti ABŞ-yə səfərinin məqsədini açıqladı
Eye

Kolumbiya Prezidenti Qustavo Petronun Vaşinqtona səfərinin və ABŞ Prezidenti Donald Trampla görüşünün məqsədi dünya müharibəsini dayandırmaqdır.


Bakupost.az xəbər verir ki, bunu Kolumbiya dövlət başçısı özü CBS telekanalına verdiyi müsahibədə bildirib.

Yanvarın 7-də Tramp və Petro telefon danışığı aparıb, Boqotanın narkotik qaçaqmalçılığına qarşı mübarizəsini və Venesueladakı vəziyyəti müzakirə ediblər.

Petro, həmçinin bildirib ki, söhbət zamanı Tramp ona 55 dəqiqəlik söhbətin 40 dəqiqəsini danışmağa icazə verib.

Kolumbiya prezidenti qeyd edib ki, iki tərəf Petronun təşəbbüsü ilə Venesuela məsələsini müzakirə edib.

Qeyd edək ki, iki lider arasında telefon danışığından sonra Tramp Petronun fevralın əvvəlində Vaşinqtona səfər edəcəyini açıqlayıb.

Şərhlər
  • Bəhrami

    Hər xəbər və sözdən unudulmaz Ciddi ehtiyat dərsi!? Kolumba Prezidenti ABŞ səfərinin, digər SİYASİlərin-*Davayka, budem voevat!?* demarşından fərqli- sülsevər, yəni artıq başlanmış Dünya Müharibəsini *durdurma ricası* olduğunu açıqlayıb.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar