ABŞ Konqresi Rusiyaya qarşı sanksiyalar qanununu qəbul etməklə prezident Donald Trampa Moskvaya “ təzyiq rıçağı” verə bilər.
Bakupost.az xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
"Konqres Trampa Putinə təsir rıçaqları verə bilər <…> Trampa daha çox təsir rıçaqları lazımdır. Konqres Rusiyaya qarşı sanksiyalar qanununu qəbul etməklə bu rıçağı verə bilər. Bu, ikipartiyalı təşəbbüsdür", - nəşr yazır.
"Qanun layihəsinin Trampa Rusiyanın enerji satışını qlobal bazardan təsirli şəkildə sıxışdırmağa imkan verəcəyi bildirilir ki, bu da Rusiya iqtisadiyyatını əzəcək", - nəşr bildirib.
Bundan əvvəl “Reuters” agentliyi ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar paketinin hazır olduğunu və rəsmilərin ABŞ prezidentinin qərarını gözlədiyini bildirmişdi.
Zaur,
BakuPost