Ru
11:12 / 26 May 2025

Konstitusiyanı dəyişəcəyəm... - Paşinyan

Konstitusiyanı dəyişəcəyəm... -  Paşinyan
Eye

"Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla razılaşmanı təsdiqləməsə, əsas qanunun dəyişməsi üçün şəxsən təşəbbüs göstərəcəyəm".

Bakupost.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Konstitusiya Məhkəməsi razılaşmanın Ermənistan qanunlarına uyğun olmadığına qərar verərsə, şəxsi mövqeyim ondan ibarətdir ki, mən konstitusiyaya dəyişikliklərin təşəbbüskarı olacağam, çünki hesab edirəm ki, sülhün bağlanması fürsətini əldən vermək olmaz", - Paşinyan "İrəvan dialoqu" beynəlxalq forumunda deyib.

Paşinyan həmçinin vurğulayıb ki, yeni konstitusiya təşəbbüsü Azərbaycanın tələbi ilə deyil, Ermənistanın gələcək dövlətçiliyi üçün atılan addımdır.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar